Xoşqədəm toyuna elə gəlinlik geyinib ki... - ŞOK RƏQƏM
29 oktyabr 2022 17:41 (UTC +04:00)

Xoşqədəm toyuna elə gəlinlik geyinib ki... - ŞOK RƏQƏM

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Doğuşla toyunda geyindiyi gəlinliyinin qiymətini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə o, “Günaydın, Azərbaycan” proqramında deyib.

Hidayətqızı efirə gələn sığınacaq uşaqlarını görəndən sonra gəlinliyini satmaq qərarına gəlib:

“Onun üzərindəki daşlar əl işləridir. Doğuşun bir dostu var idi, o, hazırlamışdı. Mən bu uşaqları görəndə düşündüm ki, gəlinliyi satım. Pulunu isə uşaq sığınacağına bağışlayacam. Libas auksiona qoyulacaq”, - deyə, o bildirib.

Jurnalistin həyat yoldaşı Doğuş efirdə xanımının toy libasının qiymətinin 11 min dollar olduğunu açıqlayıb.

# 8733
avatar

Fidan İlqar

Oxşar yazılar