“Yeşil Çam” ulduzunun son halı görənləri heyran qoydu
09 mart 2023 15:15 (UTC +04:00)

“Yeşil Çam” ulduzunun son halı görənləri heyran qoydu

Ötən əsrin 80-ci illərində türk filmlərinə damğa vuran, adı dillərdən düşməyən aktrisalardan biri də Məleykə Zobu idi. 1978-ci ildə Türkiyə gözəli seçilmiş bu aktrisa 1989-cu ildə ailə qurmuş və karyerasına son vermişdi.

Lent.az-ın xəbərinə görə, Cüneyt Arkın, Kadir İnanır, İbrahim Tatlıses kimi tanınmış sənətkarlarla filmlərdə baş rola çəkilən Məleykə Zobu  sərt siması ilə harmoniya təşkil edən sərt qadın xarakterlərini canlandırırdı.

Uzun müddət gözlərdən uzaq qalan aktrisa bu günlərdə sosial şəbəkələrdə rəsmlərini paylaşıb. İzləyicilər “İllər ona heç təsir etməyib”, “Heç yaşlanmayıb”, “Gözəlliyini itirməyib” şəklində şərhlər yazıblar.


 

# 3300
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar