100 ildən sonra yeni pişik növü kəşf edildi - FOTO
19 sentyabr 2026 07:30 (UTC +04:00)

100 ildən sonra yeni pişik növü kəşf edildi - FOTO

0

Boliviyanın dağlıq Yungas meşələrində 100 ildən artıq müddətdə ilk dəfə yeni vəhşi pişik növü aşkar edilib.

Lent.az xəbər verir ki, alimlər uzun müddət bu heyvanı digər pələng pişikləri ilə eyni növ hesab ediblər.

Lakin aparılan DNT analizləri onun genetik baxımdan tamamilə fərqli olduğunu və təxminən 1,4 milyon il əvvəl digər növlərdən ayrıldığını göstərib.

Araşdırmalar təxminən 10 il əvvəl yerli bir ailənin təbiətdə tapdığı qeyri-adi pişik balasının Senda Verde vəhşi heyvanlar sığınacağına yerləşdirilməsi ilə başlayıb.

Daha sonra alimlər Cənubi Amerikadan və muzeylərdən toplanmış 38 pişiyin DNT-sini müqayisə ediblər.

Nəticələr əsasında yeni növə “Leopardus tilcayo” adı verilib. Bu, 1923-cü ildən bəri elm tərəfindən rəsmi şəkildə təsvir edilən ilk yeni yaşayan pişik növüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar