Çində tapılan təxminən 165 milyon illik qalıq alimlərə Megacauda sungei adlı qədim məməli haqqında yeni məlumatlar verib.
Lent.az xəbər verir ki, təxminən 50 santimetr uzunluğunda olan bu canlı üzmək üçün ayaqlarından və yastı quyruğundan istifadə edib, balıq və digər kiçik onurğalılarla qidalanıb.
Tapıntı məməlilərin dinozavrlar dövründə də müxtəlif yaşayış mühitlərinə uyğunlaşdığını göstərir.