Şanslı rənginiz doğulduğunuz həftənin günündən  asılıdır
09 dekabr 2025 13:06 (UTC +04:00)

Şanslı rənginiz doğulduğunuz həftənin günündən asılıdır

0

Bəziləri müəyyən rənglərin zinət əşyalarında, geyimdə və ya ev dekorunda istifadəsinin insanın daxili güclərini, keyfiyyətlərini və enerjisini gücləndirə biləcəyinə inanır.

Lent.az bildirir ki, astrologlara görə, insanın doğulduğu həftə günü onun idarəedici planeti ilə, həmin planet isə “uğurlu rəng”lə bağlıdır.

Bu rəng insanın xarakterinə, emosional balansına və gündəlik enerjisinə təsir göstərə bilər.

Bazar günü – Qızılı

Bazar günü doğulanlar parlaq Günəşin enerjisi altındadır. Qızılı rəng onların özünüifadəsini, özgüvənini və liderlik xüsusiyyətlərini gücləndirir.

Bu rəng yeni işlərə başlamaq və mühüm qərarlar vermək üçün əlverişlidir, həmçinin insanın daxili gücünü daha parlaq göstərir.

Bazar ertəsi – Gümüşü

Bazar ertəsi doğulanların idarəedici planeti Ay sayılır. Gümüşü rəng intuitivlik, emosional sağalma və daxili saf enerji ilə əlaqələndirilir.

Bu rəng Ayın sakitləşdirici, dərinlik verən xüsusiyyətlərini əks etdirir və özünü dərk etməyi gücləndirir.

Çərşənbə axşamı – Qırmızı

Çərşənbə axşamı Marsın – döyüşkənlik və dinamika planetinin – təsiri altındadır. Qırmızı rəng güc, cəsarət və motivasiya edir.

Bu rəng aktivlik, ehtiras və uğur enerjisini artırır, yeni təşəbbüsləri dəstəkləyir.

Çərşənbə – Sarı

Çərşənbə günü doğulanların himayəçisi – ünsiyyət planeti Merkuridir. Sarı rəng parıltı, idrak, ünsiyyətgənlik və biliklərlə əlaqələndirilir.

Sarı sapfir, sitrin kimi daşlar Merkurinin intellektual enerjisini gücləndirdiyi üçün bu gündə doğulanlara xüsusilə uyğun sayılır.

Cümə axşamı – Bənövşəyi

Cümə axşamı doğulanların planeti Yupiterdir. Bənövşəyi rəng hikmət, bolluq, mənəvi inkişaf və yüksək məqsədlərlə bağlanır.

Bu rəng ruhani enerjini gücləndirir, həyatda aydın yön tapmağa kömək edir və güc, əzəmət hissi yaradır.

Cümə – Çəhrayı

Cümə günü doğulanlar gözəllik və sevgi planeti Veneranın təsiri altındadır. Çəhrayı rəng harmoniya, sevgi, həssaslıq və yaxınlıq enerjisini artırır.

Bu rəng münasibətlərə isti aura qatır, özünəinamı artırır və romantikanı gücləndirir.

Şənbə – Qəhvəyi

Şənbə günü doğulanların planeti Səturn sayılır. Qəhvəyi rəng sabitlik, praktiklik, zəhmətkeşlik və nizam-intizamla əlaqələndirilir.

Bu torpaq rəngi insanı dayanıqlığa, təmkinə və daxili intizama daha çox bağlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar