13 mindən çox mahnı oxuyan,  gənc səsli qoca müğənni  rekordlar kitabına düşdü
13 iyun 2024 16:05 (UTC +04:00)

13 mindən çox mahnı oxuyan, gənc səsli qoca müğənni rekordlar kitabına düşdü

Yaradıcılığı boyu 13 mindən çox mahnı səsləndirən  hindistanlı müğənni Asa Bhoslenin adı Ginnesin Rekordlar Kitabına salınıb.

Lent.az-ın xəbərinə görə, 91 yaşlı müğənni bu gün də səhnəyə çıxır və gənc qız səsini  xatırladan məlahətli səsi ilə izləyicilərini heyran edir.

Aşa hind filmlərinin böyük əksəriyyətində mahnılar ifa edib. Biz onun səsi ilə “Zita və Gita”nı, “Samrat”ı, yüzlərlə filmi izləmişik.

Müğənni 1933-cü ildə Hindistan yarımadasının qərbindəki kiçik bir şəhərdə anadan olub.

Aşa musiqiçi ailəsində böyüdüyü üçün uşaqlıqdan sənətə maraq göstərib.

1943-cü ildə “Majha Bal” filmi ekranlara çıxıb. Bu mahnıları Aşa tərəfindən ifa olunan ilk film idi. Müğənninin ecazkar səsi Hindistanı bir gündə fəth etdi və o məşhurlaşdı.

O, 80 ilə yaxındır oxuyur. Sənətçinin lentə aldığı mahnıların ümumi sayı 13 mini ötür. Buna görə də onun adı “dünyada ən çox səs yazdırmış müğənni” kimi Ginnesin Rekordlar Kitabına salınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar