Azərbaycanın  Xalq yazıçısı   vəfat etdi
21 fevral 2024 18:36 (UTC +04:00)

Azərbaycanın Xalq yazıçısı vəfat etdi

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Lent.az bildirir ki, bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

O, atasının bir qədər əvvəl vəfat etdiyini bildirib.

Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub. 

Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.

2024-cü ilin fevral ayında beyininə qan sızmışdı.

# 4497
avatar

Oxşar yazılar