Təsadüfi deyilən ifadə dünya hitinə  çevrildi – Məşhur mahnının maraqlı hekayəsi
27 iyul 2026 15:38 (UTC +04:00)

Təsadüfi deyilən ifadə dünya hitinə çevrildi – Məşhur mahnının maraqlı hekayəsi

0

1964-cü ilin iyulunda əfsanəvi britaniyalı qrup "The Beatles"in "A Hard Day’s Night" mahnısı ölkənin hit-paradına başçılıq edib, qısa müddət sonra isə ABŞ-ın "Billboard Hot 100" siyahısında da birinci pilləyə yüksəlib. Aradan 60 ildən çox vaxt keçsə də, mahnı hələ də qrupun ən yaddaqalan əsərlərindən biri hesab olunur.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mahnının adı tamamilə təsadüf nəticəsində yaranıb. Bir gün gecə saatlarınadək davam edən gərgin işdən sonra qrupun zərb alətləri ifaçısı Rinqo Starr "Bu, ağır bir gün idi" demək istəyərkən, çöldə havanın artıq qaraldığını görüb və "Ağır keçən günün gecəsi" ifadəsini işlədib.

Bu söz birləşməsi Con Lennonun o qədər xoşuna gəlib ki, onu əvvəlcə qrupun ilk filminin, daha sonra isə mahnının adı kimi seçib.

Lennon mahnını cəmi bir gecəyə yazıb və The Beatles bir neçə gün sonra onu studiyada səsləndirib. Mahnı pop musiqi tarixinin ən tanınmış giriş akkordlarından biri ilə başlayır və "Beatlemania" dövrünün simvollarından biri sayılır.

Bu gün də "A Hard Day’s Night" təsadüfi yaranmış bir ifadənin dünya musiqi tarixində əbədi iz buraxan hitə çevrilməsinin ən məşhur nümunələrindən biri kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar