Ulucay Akifin şeirləri İspaniyada dərc olundu
08 avqust 2022 15:01 (UTC +04:00)

Ulucay Akifin şeirləri İspaniyada dərc olundu

Kulis.az-ın baş redaktoru Ulucay Akifin şeirləri İspaniyada dərc olunub.

Lent.az xəbər verir ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərini dərc edib.

Şeirlərin tərcüməsi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevaya, bədii redaktoru isə İspaniyanın filoloq alimi Eva Kontrerasa aiddir.

# 942
avatar

Oxşar yazılar