Dadlı və faydalı qəhvəni   necə hazırlayaq?
28 may 2024 16:20 (UTC +04:00)

Dadlı və faydalı qəhvəni necə hazırlayaq?

Qəhvə ən canlandırıcı içkilərdən biri hesab olunur. Lakin qısamüddətli effekt hər kəs üçün kifayət deyil.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sevdiyiniz içkiyə xüsusi ədviyyatlar əlavə etməklə onun faydalılığını artıra bilərsiniz. 

Dietoloq Yuliya Arxipova qəhvəni güclü enerji içkisinə çevirməyin yollarını açıqlayıb.

Tələb olunur:

qəhvə (üyüdülmüş) - 2 çay qaşığı;
süd - 50-70 ml;
darçın - 1 çay qaşığı;
duz və qara bibər – 1 çimdik;
su - 300 ml;
yarım çay qaşığı şəkər.

Hazırlanma qaydası

Əvvəlcə qəhvəni dəmləyirik, sonra isə südü odda qızdırırıq, eyni zamanda siyahıdakı bütün ədviyyatları əlavə edirik.

Südü qarışdırın və hazırlanmış qəhvəni içinə tökün.

Bəs, bu içkinin faydaları nələrdir?

1. Canlandırıcı təsirdən əlavə, qanda şəkərin və pis xolesterinin səviyyəsini normallaşdıra bilərsiniz.

2. Arıqlamaq üçün darçın ilə birlikdə qəhvə məsləhət görülür.

3. Bu qəhvəni doyumlu nahardan sonra içsəniz, maddələr mübadiləsini sürətləndirəcək və həzmi yaxşılaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4656
avatar

Arzu Qurbanlı

Oxşar yazılar