“Haradan uydururlar bilmirəm” - Çörəkdən imtina edənlər   nələri itirir?
01 iyun 2022 16:52 (UTC +04:00)

“Haradan uydururlar bilmirəm” - Çörəkdən imtina edənlər nələri itirir?

Son zamanlar əksər həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxları çörək yeməkdən imtina edir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli tanınmış professor Ender Saraçoğlu bu yanaşmanın səhv olduğunu iddia edib. 

Onun sözlərinə görə, çörəkdən tamamilə imtina etmək doğru deyil. Çünki bu qida deyilənlərin əksinə olaraq, kifayət qədər faydalıdır: 

“Son illər bir çox mütəxəssislər "çörək yeməyin" deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi həyatınızdan qəti çıxarmayın. Bunu məsləhət görənlərə qulaq asmayın. Hətta çörəksiz pəhriz belə mümkün deyil. Mən gün ərzində 3 dilim dənli çörək yeyirəm”. 

Həkim bildirib ki, xüsusilə xərçəng xəstəliyindən və diabetdən əziyyət çəkənlərin çörəkdən istifadə etməsi məsləhətdir. 

“Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xarakter daşıyır”. 

Ender Saraçoğlu onu da qeyd edib ki, hazırlanan çörəyin təmiz buğdadan olması vacibdir. Bu onu həm vitaminli, həm də daha doyurucu edir. 

Bundan əlavə, qarğıdalı unundan hazırlanan çörəklər isə dəri xəstəliklərinə qarşı effektivdir. Belə çörəklərdən istifadə edən şəxslərin üzündə ləkələrə, sızanaqlara daha az rast gəlinir. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı unundan hazırlanan çörəklərdən yeməlidirlər.

# 9861
avatar

Sevinc Fərid

Oxşar yazılar