Naxışları itməyən,   ağızda əriyən kövrək şəkərbura resepti
28 fevral 2023 18:24 (UTC +04:00)

Naxışları itməyən, ağızda əriyən kövrək şəkərbura resepti

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu günün ikinci, yəni “Od” çərşənbəsi olduğunu nəzərə alaraq sizə bayram süfrənizin bəzəyi olan şəkərburanın hazırlanma qaydasından danışacağıq. Sosial şəbəkələrdə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməz, çox ləzzətli şəkərbura reseptini sizinlə bölüşürük. İlk dəfə şəkərbura bişirən xanımlar belə təqdim etdiyimiz reseptlə asanlıqla bu şirniyyatı hazırlaya bilər. 

Lazım olan ərzaqlar: 

Stəkan ölçüsü 200 ml.

Təqdim etdiyimiz resept 24 ədəd şəkərbura üçün nəzərdə tutulub. 

Xəmiri üçün

1/2 stəkan ilıq süd

1 ədəd yumurta

1 çay qaşığı şəkər tozu

1/2 çay qaşığı maya

1 çimdik duz

1 paket vanilin

150 qram kərə yağı

3 dolu yemək qaşığı xama

3,5 stəkan un

İçlik üçün

300 qr. fındıq

1 stəkan şəkər tozu

1 dolu çay qaşığı hil

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz. 

Nuş olsun!


 

# 18705
avatar

Sevinc Fərid

Oxşar yazılar