Qış üçün pomidoru  belə bağlayın:  Lent.az-ın mətbəxi
14 iyul 2022 18:33 (UTC +04:00)

Qış üçün pomidoru belə bağlayın: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizinlə sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə tanınan səhifəyə istinadən qışda yeməklərin yanında salat kimi süfrəyə verilən pomidorun saxlanması reseptini sizinlə bölüşəcəyik. Soyuq aylarda bu reseptlə hazırlanan pomidor turşusu ləzzətli və fərqli dadı ilə süfrələrinizi bəzəyəcək. 

Lazım olan ərzaqlar: 

2,6 kiloqram pomidor 

1 dəstə cəfəri

2 ədəd orta boy yaşıl şirin bolqar bibəri 

1 ədəd acı uzun istiot 

1 ədəd balaca kök

5-6 diş iri sarımsaq 

2 litr su

2 xörək qaşığı duz

4 xörək qaşığı şəkər tozu 

4 xörək qaşığı üzüm sirkəsi

4 ədəd dəfnə yarpağı

Qeyd edək ki, bütün bu ərzaqlar 4 ədəd 1 kiloqramlıq banka üçün nəzərdə tutulub.

Hazırlanma qaydasını videodan daha ətraflı izləyə bilərsiniz. 

Nuş olsun!

# 4422
avatar

Sevinc Fərid

Oxşar yazılar