Sovet dövrünün  çəki ilə satılan MƏŞHUR BİSKVİTİ – Lent.az-ın mətbəxi
21 noyabr 2022 19:25 (UTC +04:00)

Sovet dövrünün çəki ilə satılan MƏŞHUR BİSKVİTİ – Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə tanınan səhifəyə istinadən çox dadlı və ətirli biskvit reseptini sizinlə bölüşürük. Sovet dövründə çəki ilə satılan bu ləzzətli və məşhur biskvit sizi keçmişə aparacaq. Soyuq havalarda isti çayın yanına hazırlaya biləcəyiniz bu şirniyyat, həm də çox asandır.

Lazım olan ərzaqlar:

4 ədəd yumurta

300 qram şəkər tozu (200 ml-lik stəkanla 1,5 stəkan)

1 çimdik duz

240 ml süd

70 qram kərə yağı

2 bağlama şəkərli vanil

350 qram un (2 stəkan +3 dolu xörək qaşığı )

1 bağlama qabartma tozu

Tavanın uzunu 33 sm, eni 23 sm

180 dərəcəli sobada 35-40 dəqiqə ərzində bişir

Hazırlanma qaydasını videodan izləyə bilərsiniz.

Nuş olsun!

 

# 4536
avatar

Oxşar yazılar