İlham Əliyev və Mehriban Əliyeva Şəki rayonuna gediblər
02 dekabr 2022 13:34 (UTC +04:00)

İlham Əliyev və Mehriban Əliyeva Şəki rayonuna gediblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.

Lent.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

***

Dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

# 2217
avatar

Oxşar yazılar