50 yaşdan sonra yeyilməsi  vacib tərəvəzlər
07 iyul 2022 05:53 (UTC +04:00)

50 yaşdan sonra yeyilməsi vacib tərəvəzlər

Brokoli, ispanaq, çuğundur, kələm kahı 50 yaşlarında mütləq yeyilməli olan tərəvəzlərdir.

Lent.az xəbər verir ki, Bu barədə dietoloq Molli Hembrey “Eat This Not That” adlı köşə yazısında yazıb.

Dietoloqun fikrincə, bu tərəvəzləri yemək yaşla bağlı xroniki xəstəliklərin qarşısını almağa kömək edəcək. Hembri ilk növbədə ispanaqı pəhrizə daxil etməyi məsləhət görüb;

“İspanağın tərkibində A vitamini, lutein və zeaksantin var. Bu maddələr görmə qabiliyyətinə yaxşı təsir göstərir və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir”,- deyə o bildirib. 

Sümükləri gücləndirmək üçün həkim çoxlu kalsium və D vitamini ilə zəngon daha çox kələm yeməyi məsləhət görüb.

Oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün diyetoloq brokolinin pəhrizə daxil edilməsini tövsiyə etdi.

Brokolinin tərkibində qığırdaqların parçalanmasının qarşısını alan və bununla da oynaqları qoruyan bir birləşmə olan qlükozinolat var.
 

# 3135
avatar

Oxşar yazılar