Kofe içmək bu riskləri artırır
05 dekabr 2022 08:11 (UTC +04:00)

Kofe içmək bu riskləri artırır

İnsan enerji itkisini çoxlu stimullaşdırıcı içkilər, o cümlədən qəhvə ilə kompensasiya etməməlidir.

Lent.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya nevroloq İqor Matsokin məlumat verib.

“Kofein enerji artırmaq lazım olanda əla stimullaşdırıcıdır, lakin ondan tez-tez istifadə etməməlisiniz”,- deyə xəbərdarlıq edib.

Nevroloqun sözlərinə görə, kofein bədəndə enerji və maddələr mübadiləsi üçün vacib olan adenozin trifosfor turşusunu tükəndirir.

Matsokinin fikrincə, orqanizmin resursları qeyri-məhdud deyil və siz onlardan daim istifadə edirsinizsə, o zaman immunitet sistemi zəifləyir, bütün sistemlər və orqanlar daha pis işləyir.

Nevroloq əlavə edib ki, bütün insanlar kofeyə müxtəlif cür reaksiya verirlər. O bildirib ki, müntəzəm qəhvə istehlakı Parkinson xəstəliyi riskini azaldır.
 

# 2403
avatar

Oxşar yazılar