Yumurta yemək zehni gücləndirir
05 dekabr 2022 05:50 (UTC +04:00)

Yumurta yemək zehni gücləndirir

Yumurtanın tərkibində beynin funksiyalarını yaxşılaşdıran bir protein var. Lent.az xəbər verir ki, bu barədə “MedikForum” “Nutritional Neuroscience” jurnalının məlumatlarına istinadən xəbər verir.
Nəşr 18-75 yaşlı böyüklərin yumurta istehlakı ilə bağlı araşdırma aparıb.
Testlər göstərib ki, yumurta yemək daha ağıllı olmağa kömək edir.
Bildirilib ki, yumurtanın tərkibindəki NWT-03 zülalı insanın reaksiyasını sürətləndirərək koqnitiv funksiyanı yaxşılaşdırır.
Mütəxəssislər həmçinin yumurtanın tərkibində beynin vəziyyətinə və fəaliyyətinə müsbət təsir göstərən digər komponentlərin də olduğunu qeyd edirlər.
Konkret olaraq, yumurta sarısı mərkəzi sinir sisteminin funksiyalarına müsbət təsiri dəfələrlə təsdiqlənmiş xolin, lutein, zeaksantinlə zəngindir.
 

# 2082
avatar

Oxşar yazılar