Dünyada koronavirusa  yoluxma və ölüm sayı   AZALIR
08 dekabr 2022 20:04 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma və ölüm sayı AZALIR

Dünya üzrə koronavirusa yoluxma və ölüm halları azalmaqda davam edir.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında qeyd edilib.  

Məlumata görə, bir həftə ərzində dünyada COVID-19 koronavirusuna yoluxma halları 3 faiz, ölüm halları isə 17 faiz azalıb.

Noyabrın 28-dən dekabrın 4-dək koronavirusa yoluxma halları Amerika istisna olmaqla, bütün regionlarda azalıb. Amerikada isə 14 faiz artıb. Xəstəlik sayında ən çox azalma Afrikada (78 faiz) və Cənub-Şərqi Asiyada (27 faiz) qeydə alınıb.

Cəmi bir həftə ərzində dünyada təxminən 2,9 milyon yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

COVID-19-dan ölənlərin sayı bu həftə ərzində Cənub-Şərqi Asiyada (3 faiz) bir qədər artıb, digər bölgələrdə isə azalma qeydə alınıb. Ölümlərdə ən çox azalma Afrikada (83 faiz) və Şərqi Aralıq dənizində (33 faiz) olub.

Bu həftə ərzində dünyada koronavirusdan 7,8 minə yaxın ölüm qeydə alınıb.

Ümümilikdə pandemiya ərzində dünya üzrə 647,9 milyondan çox koronavirusa yoluxma və 6,6 milyona yaxın ölüm halı aşkar edilib.

# 1002
avatar

Sevinc Fərid

Oxşar yazılar

Koronavirusdan  görün neçə nəfər ölüb?   - SON STATİSTİKA

Koronavirusdan görün neçə nəfər ölüb? - SON STATİSTİKA

2 fevral 2023 , 17:42
Qulaq çöpündən istifadə etmək doğrudur? -  CAVAB

Qulaq çöpündən istifadə etmək doğrudur? - CAVAB

2 fevral 2023 , 14:55
Koronavirusdan  ölənlərin sayı   KƏSKİN ARTIB - RƏSMİ

Koronavirusdan ölənlərin sayı KƏSKİN ARTIB - RƏSMİ

2 fevral 2023 , 14:47
Azərbaycanda  1000-dən çox   adam zəhərlənib, ölənlər var

Azərbaycanda 1000-dən çox adam zəhərlənib, ölənlər var

2 fevral 2023 , 14:10
Beyinə faydalı olan qidalar

Beyinə faydalı olan qidalar

2 fevral 2023 , 13:55
Dünyanın ən kök uşağı 114 kilo ARIQLADI

Dünyanın ən kök uşağı 114 kilo ARIQLADI

2 fevral 2023 , 11:29
Arıqlamağa kömək edən  5 içki

Arıqlamağa kömək edən 5 içki

2 fevral 2023 , 09:14
Uşaqlarda ikinci tip diabet  xəstəliyi   artır

Uşaqlarda ikinci tip diabet xəstəliyi artır

1 fevral 2023 , 19:31