Qan analizi verməzdən əvvəl ac qalmaq  həmişə lazım deyilmiş
05 oktyabr 2026 01:39 (UTC +04:00)

Qan analizi verməzdən əvvəl ac qalmaq həmişə lazım deyilmiş

0

Yeni araşdırma göstərib ki, bir çox rutin qan analizindən əvvəl uzun müddət ac qalmaq nəticələrə ciddi təsir göstərməyə bilər.

Lent.az xəbər verir ki, alimlərin fikrincə, bəzi qan testləri üçün 8–12 saatlıq aclıq tələb olunsa da, bütün analizlərə eyni qaydanın tətbiq edilməsinə ehtiyac yoxdur.

Tədqiqatçılar bildirirlər ki, xüsusilə xolesterin və digər göstəricilərin yoxlanılması zamanı yeməkdən sonra yaranan dəyişikliklər bir çox hallarda nəticələrin tibbi baxımdan əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmur.

Bu yanaşmanın xəstələrin analizə hazırlığını asanlaşdıra və səhər saatlarında uzun müddət ac qalmaq məcburiyyətini azalda biləcəyi qeyd olunur.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, aclıq tələb olunan xüsusi analizlər mövcuddur. Buna görə də qan verməzdən əvvəl konkret test üçün həkimin və ya laboratoriyanın göstərişlərinə əməl etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar