38 nəfər  YAP-dan   QOVULDU
16 mart 2023 18:57 (UTC +04:00)

38 nəfər YAP-dan QOVULDU

Müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə 38 nəfər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric olunub.

APA-nın xəbərinə görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb.

YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər.

38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

 

 

# 2622
avatar

Oxşar yazılar