80 yaşlı prezident 120 il  yaşamaq   istəyir 
04 oktyabr 2026 13:27 (UTC +04:00)

80 yaşlı prezident 120 il yaşamaq istəyir 

0

80 yaşlı Braziliya prezidenti Luis İnasio Lula da Silva seçki kampaniyası mitinqində 120 yaşına qədər yaşamağı planlaşdırdığını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Rio-de-Janeyroda çıxış edən prezident 120 yaşına qədər yaşamaq və ölkənin siyasi həyatında iştirak etməyə davam etmək niyyətində olduğunu deyib.

O, nikbin proqnozunda tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları seçki məntəqələrinə getməyə təşviq etməyə çağırıb, çünki Braziliyada səs vermək onlar üçün məcburi deyil, könüllüdür.

Oktyabrın 4-də keçiriləcək seçkilər tarixi ola bilər: əgər qalib gəlsə, Lula da Silva dördüncü müddət üçün prezident olacaq. Sorğular gərgin yarışın olacağını göstərir: birinci turda Lula əsas rəqibi Flavio Bolsonaroya qarşı 36 faiz səslə 40 faiz səs toplaya bilər və namizədlər arasındakı fərq ikinci turda minimuma endirilə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar