Azərbaycan İrana nota verdi
03 dekabr 2022 18:28 (UTC +04:00)

Azərbaycan İrana nota verdi

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olması məsələsinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər Respublikanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir:

“İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”.

# 3687
avatar

Oxşar yazılar