Nensi Pelosi
18 sentyabr 2022 16:28 (UTC +04:00)

Nensi Pelosi

Azərbaycan XİN-dən Pelosinin Ermənistandakı açıqlamalarına SƏRT CAVAB

18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərgonləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.

Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir.

# 4086
avatar

Oxşar yazılar

40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi  tətil etdilər

40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi tətil etdilər

8 dekabr 2022 , 16:46
Xameneinin bacısından SEPAH-a ÇAĞIRIŞ:  "Etirazçılara qoşulun!"

Xameneinin bacısından SEPAH-a ÇAĞIRIŞ: "Etirazçılara qoşulun!"

7 dekabr 2022 , 18:16
Rusiyanın “Yeni insanlar”ı onu prezidentliyə namizəd irəli sürəcək

Rusiyanın “Yeni insanlar”ı onu prezidentliyə namizəd irəli sürəcək

7 dekabr 2022 , 18:01
“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa

“Bu, əmmaməli şeytanların son çırpınışıdır” - Fazil Mustafa

7 dekabr 2022 , 16:21
Kəlbəcəri Ağdərədən  atəşə tutdular

Kəlbəcəri Ağdərədən atəşə tutdular

7 dekabr 2022 , 15:35
Rusiya sülhməramlılarının komandanlığına  XƏBƏRDARLIQ

Rusiya sülhməramlılarının komandanlığına XƏBƏRDARLIQ

7 dekabr 2022 , 13:33
Azərbaycan jurnalistləri Xocalıya buraxılmadı - VİDEO

Azərbaycan jurnalistləri Xocalıya buraxılmadı - VİDEO

7 dekabr 2022 , 12:47
Üç qurumun nümayəndələri XOCALIDA:  sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENT

Üç qurumun nümayəndələri XOCALIDA: sülhməramlılarla MÜZAKİRƏ - FOTOLENT

7 dekabr 2022 , 10:15