Azərbaycanın İsraildəki ilk səfiri KİMDİR? - DOSYE
11 yanvar 2023 15:19 (UTC +04:00)

Azərbaycanın İsraildəki ilk səfiri KİMDİR? - DOSYE

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycanın İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Maraqlıdır, Muxtar Məmmədov kimdir? 

Lent.az onunla bağlı dosyeni təqdim edir:

Arayış: Muxtar Məmməd oğlu Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

Təhsilini başa vurduqdan sonra 2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra 2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Muxtar Məmmədov daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə Aparat rəhbəri təyin edilib.

Azərbaycan Prezidentinin 2020-ci il iyunun 23-dəki sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Azərbaycan Prezidentinin 2021-ci il aprelin 29-dakı sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis, rus və türk dillərini bilir. Evlidir, iki övladı var. Qeyd edək ki, M.Məmmədov bu təyinatadək elm və təhsil nazirnin müavini işləyirdi.
 

# 5760
avatar

Fidan İlqar

Oxşar yazılar