Düşmən mövqelərimizi  artilleriya atəşinə   tutdu
12 may 2023 19:34 (UTC +04:00)

Düşmən mövqelərimizi artilleriya atəşinə tutdu

Mayın 12-si saat 18 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib”, - məlumatda bildirilir.

# 2742
avatar

Oxşar yazılar