Ərdoğan Azərbaycana  səfər edəcək
27 may 2022 23:42 (UTC +04:00)

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana birgünlük səfər edəcək.

Lent.az APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Azərbaycanın Müstəqillik Günündə baş tutacaq səfər çərçivəsində prezident Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST Azərbaycan”ı ziyarət edəcək.

# 2019
avatar

Oxşar yazılar