Ermənilər Azərbaycan Prezidentinə  müraciət etdi:   “Bizə vətəndaşlıq verin”
07 avqust 2022 23:08 (UTC +04:00)

Ermənilər Azərbaycan Prezidentinə müraciət etdi: “Bizə vətəndaşlıq verin”

Ermənistan vətəndaşı Vaqe Qambaryan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

 

APA TV erməni mənbələrinə istinadən xəbər verir ki, o, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu dilə gətirib.

Qambaryan, həmçinin Xankəndində yaşamaq istəyini söyləyib. O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığına qəbul olunmasını xahiş etmişdi.

# 5328
avatar

Oxşar yazılar