Hitler Mussolini  mer seçildi
09 oktyabr 2026 18:54 (UTC +04:00)

Hitler Mussolini mer seçildi

0

Peruda Hitler Mussolini adlı namizəd mer seçkilərində qalib gəlib.

Qeyri-adi Hitler Mussolini Flores adlı namizəd Perunun Keropalka dairəsində mer seçkilərində qalib gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, ən yaxın rəqibini 25 səslə üstələyib.

Seçki Komissiyası namizədin 229 səs aldığını göstərən məlumatları dərc edib. Bu, bütün etibarlı bülletenlərin 34,54 faizini təşkil edir.

Hitler Mussolini Flores adı ölkə hüdudlarından kənarda da coşğu yaradıb. Lakin siyasətçinin məşhur adaşlarının fikirlərini bölüşdüyünə dair heç bir dəlil yoxdur.

Picture background

"Bu, mənim əsl adımdır və valideynlərim onu mənə doğulduğum zaman veriblər", - o izah edib.

Keropaltsadakı səsvermə daha geniş seçki prosesinin bir hissəsi olub: oktyabrın 4-də Peruda 2026-cı il regional və bələdiyyə seçkiləri keçirilib və ölkə üzrə 26 milyondan çox seçicinin iştirakı ilə vətəndaşlar növbəti müddət üçün regional, əyalət və rayon rəhbərlərini seçiblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar