İmran Xanın bacıları  həbs edildi
21 sentyabr 2026 15:36 (UTC +04:00)

İmran Xanın bacıları həbs edildi

0

Pakistanda keçmiş baş nazir İmran Xanın üç bacısı onun tərəfdarlarının planlaşdırdığı genişmiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb. Uzma Xan və Noreen Niazi bacıları Alima Xanın saxlanılandan bir gün sonra 30 sutkalıq həbs edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadınlar Lahordakı Kot-Lakhpat həbsxanasına göndərilib. 

Sənəddə qadınların 2023-cü il mayın 9-ds keçirilmiş etiraz aksiyalarında və yolların bağlanmasında iştirak etdikləri, həmçinin müxalifət tərəfdarlarını dövlət və ictimai əmlaka zərər vurmağa çağırdıqları irəli sürülüb. Bundan başqa, hakimiyyət onları sosial şəbəkələr və ictimai toplantılar vasitəsilə fəalları yenidən səfərbər etməkdə ittiham edib.

Saxlanmalar İmran Xanın rəhbərlik etdiyi “Ədalət uğrunda Hərəkat” partiyasının sentyabrın 27-nə planlaşdırdığı aksiyadan əvvəl həyata keçirilib. Müxalifət partiyanın təsisçisinin azadlığa buraxılması tələbi ilə yürüş keçirməyi planlaşdırır.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

Keçmiş baş nazir 2023-cü ilin avqustundan həbsdədir və bir sıra cinayət işləri üzrə təqsirləndirilir.

İmran Xan ona qarşı aparılan cinayət təqibini siyasi motivli hesab edir. Pakistan hakimiyyəti isə bu iddianı rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar