İranın  Naxçıvan Xalq Hərəkatı   adından yayılan müraciət SAXTADIR - RƏSMİ
07 noyabr 2022 17:39 (UTC +04:00)

İranın Naxçıvan Xalq Hərəkatı adından yayılan müraciət SAXTADIR - RƏSMİ

Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İranın tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən məlumatda qeyd edilib ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələrin bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatlar yayması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır.

Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.

# 3063
avatar

Oxşar yazılar