Mehriban Əliyevadan Qurban bayramı paylaşımı
16 iyun 2024 10:55 (UTC +04:00)

Mehriban Əliyevadan Qurban bayramı paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.

Lent.az sözü gedən paylaşımı təqdim edir:

“Əziz həmvətənlər!

Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar