Moskvada Asiya Parlament Assambleyasının iclası keçirilir
26 sentyabr 2024 16:43 (UTC +04:00)

Moskvada Asiya Parlament Assambleyasının iclası keçirilir

Xəbər verildiyi kimi, sentyabr ayının 25-28-i tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinın iclası keçirilir.

Lent.az-ın məlumatına görə, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Əminə Ağazadə daimi komitənın iclasında çıxış edib.

Deputat öz çıxışında beynəlxalq münasibətlər sisteminin arxitekturasına təsir edən proseslərin dinamikasının müxtəlifliyini qeyd edərək bu proseslərin beynəlxalq münaqişələr, terrorizm, nəzarətsiz miqrasiya, ərzaq və enerji problemləri, ekoloji problemlər planetin bütün əhalisinin həyati maraqlarına toxunduğunu və onların həlli üçün bütün dünya dövlətlərinin birgə səylərini tələb edildiyini vurğulayıb.

Əminə Ağazadə qeyd edib ki, mövcud problemlər Asiya regionuna da mənfi təsir göstərir: "Belə bir şəraitdə mövcud problemlərin həllində region ölkələrinin səylərini birləşdirməyə qadir olan beynəlxalq təşkilatların rolunu qiymətləndirmək çətindir. Bu kontekstdə Asiya həmrəyliyinin gücləndirilməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına kömək edən Asiya Parlament Assambleyası ilə əməkdaşlıq hamımız üçün son dərəcə vacibdir. Asiya Parlament Assambleyası Asiya ölkələrini parlamentlərarası səviyyədə birləşdirən yeganə təşkilatdır və bizim çoxtərəfli səylərimizi əlaqələndirmək üçün unikal platformadır". 

Əminə Ağazadə hazırda təşkilatın Sosial və Mədəni Məsələlər Daimi Komitənin iclası zamanı Asiya regionunda bir çox aktual məsələlərə dair qətnamə layihələri müzakirə olunacağnı bildirərək bu məsələlərin bütövlükdə region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. 

Deputat əlavə olaraq qeyd edib ki, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək: "Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək öhdəliyinin etirafıdır. Dünyanın hər yerindən ekspertlər dövrümüzün ən aktual problemlərindən birini – iqlim dəyişikliyi və onun planetimizə təsirini müzakirə etmək üçün ölkəmizdə toplaşacaqlar. Onlar qlobal istiləşmə ilə bağlı problemlərin mümkün həll yollarını müzakirə edəcək, tədqiqat və təcrübələrini bölüşəcək, bu prosesin nəticələrini yumşaltmaq və yeni şəraitə uyğunlaşmaq üçün birgə strategiyalar hazırlayacaqlar”.

Əminə Ağazadə çıxışında COP29 çərçivəsində IPU və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə 16-17 noyabr 2024-cü il tarixlərində Bakıda Parlament İclası keçiriləcəyi haqqında məlumat verib.

Deputat iclas iştirakçılarını bu mühüm qlobal toplantıya dəvət edərək parlamentarilərin iştirakının çox dəyərli ola biləcəyini xüsusi olaraq vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar