Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
08 oktyabr 2026 14:10 (UTC +04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq

0

“Azərbaycanı Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik etmək istəyirəm”.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.

“Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq, qardaşlıq səviyyəsində əməkdaşlığımız birliyin, etibarın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Özbəkistan lideri vurğulayıb.

Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ilə digər regionlar arasında daha etbibarlı, möhkəm iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynadığını da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar