Prezidentliyə  keçmiş namizəd   saxlanıldı
12 yanvar 2023 15:01 (UTC +04:00)

Prezidentliyə keçmiş namizəd saxlanıldı

Minskdə 2020-ci il seçkilərində Belarus prezidentliyinə keçmiş namizəd Andrey Dmitriyev saxlanılıb. 

Lent.az bildirir ki, bu barədə “Zerkalo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi Akrestsin küçəsindəki Minsk təcridxanasındadır. Onun saxlanmasının səbəbi məlum deyil.

Nəşr xatırladıb ki, Dmitriyev 2010-cu ildə yaradılmış “Həqiqəti söylə” ictimai hərəkatının keçmiş həmsədridir. Belarus Ali Məhkəməsi 2021-ci ilin oktyabrında "təşkilatın fəaliyyətində aşkar edilmiş pozuntular" səbəbindən onu ləğv edib.

2020-ci il seçkilərində Dmitriev Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonun qeydə alınmış dörd rəqibindən biri olub. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, 1,21 faiz səs toplayıb.

2021-ci il avqustun 12-də təhlükəsizlik qüvvələri siyasətçini artıq saxlasalar da, həmin gün axşam saatlarında azad ediblər.

# 2616
avatar

Oxşar yazılar