Putin tez-tez  maşın sürür   – Kremldən AÇIQLAMA
06 dekabr 2022 14:43 (UTC +04:00)

Putin tez-tez maşın sürür – Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin tez-tez maşın sürür. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

O xatırladıb ki, Rusiya lideri bütün həyatı boyu avtomobil idarə edir. Peskov qeyd edib ki, bəzən Putin özü elektromobil də idarə edir.

“Bu, heç kimə sirr deyil və siz bilirsiniz ki, bəzən Kremldə olmayanda, Oqaryovoda və ya Soçidə olanda özü orada elə elektrikli avtomobil sürür. Bunu hamı dəfələrlə görüb, - Putinin sözçüsü bildirib.

Dekabrın 5-də Rusiya prezidenti avtomobili Krım körpüsü ilə sürüb və oktyabrda baş vermiş terror aktından sonra aparılan təmir işlərini qiymətləndirib.

Baxış zamanı dövlət başçısı Krım körpüsünü yüksək qiymətləndirib və onu sənət əsəri adlandırıb.

# 2748
avatar

Oxşar yazılar