Putin Ukraynanın işğal olunmuş ərazilərini  Krımla dəyişməyə   hazırdır - Britaniya kəşfiyyatı
05 mart 2023 15:47 (UTC +04:00)

Putin Ukraynanın işğal olunmuş ərazilərini Krımla dəyişməyə hazırdır - Britaniya kəşfiyyatı

Artıq bir neçə aydır ki, beynəlxalq kəşfiyyat Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədə alver etməyə hazırlaşdığını bildirir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin guya Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş hissələrini Krımla dəyişməyə hazırdır.

Bu, ekspertlərin fikrincə, iki məqsədlə bağlıdır: siyasi təsirini saxlamaq və Qərbin sanksiyalarından qaçmaq. Əgər bu ərazilər azad olunarsa, Putin mövcud sanksiyaları qaldırılmasına və Qərblə münasibətlərin yaxşılaşdırılmasına ümid edə bilər.

Söhbət Ukrayna Silahlı Qüvvələrinin uğurlu yaz əks-hücumunun baş verəcəyi təqdirdə Kremlin edəcəyi təkliflərdən gedir. Bununla belə, daha əvvəl Ukrayna lideri Vladimir Zelenski dəfələrlə iddia edirdi ki, ərazilər və Ukrayna vətəndaşları ilə bağlı tender ola bilməz, çünki bu, Ukrayna Konstitusiyasını, dövlətin bütün subyektlərini sadalayan ali qanunu pozur və siyahıda Krım da var. Bu isə o deməkdir ki, ilkin olaraq Xerson bölgəsi əvvəlcə işğaldan azad ediləcək.

Bir çox hərbi ekspertlər hesab edir ki, Ukrayna Silahlı Qüvvələri əvvəlcə Krımı geri alacaq, sonra isə onlar tədricən Donbasın dərinliyinə doğru irəliləyərək, yol boyu Zaporojye bölgəsini, Donetsk və Luqansk vilayətlərini işğaldan azad edəcəklər. Belə olan halda Putinin sövdələşmə nəzəriyyəsi iflasa uğrayır, çünki Ukrayna ordusu əks istiqamətdən gedəcək – əvvəlcə Krımın işğaldan azad edilməsi, yalnız bundan sonra Donbasın hərbi yolla Ukraynaya qaytarılması.

# 2994
avatar

Oxşar yazılar