Qərbi Azərbaycan İcmasında CİDDİ MÜZAKİRƏLƏR
25 yanvar 2023 10:37 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasında CİDDİ MÜZAKİRƏLƏR

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

İcmanın İdarə Heyətinin 25 yanvar 2023-cü il tarixli iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

# 2409
avatar

Oxşar yazılar