Talıbovlar evdən çıxmırlar:  illər sonra TV-də İLK TƏNQİD
12 yanvar 2023 15:15 (UTC +04:00)

Talıbovlar evdən çıxmırlar: illər sonra TV-də İLK TƏNQİD

"Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov anadan olduğu Şərur rayonunun Aralıq kəndidə yaşamır. Naxçıvandakı malikanəsini bircə dəfə tərk edərək Aralığa gəlib və həmin gün də qayıdıb".

Bunu Lent.az-a Naxçıvandakı mənbə bildirib.

Mənbənin dediyinə görə, oğlu Rza Talıbov istisna olmaqla Talıbovlar ailəsi məhz malikanədə qalırlar.

Talıbovun məlum istefasından sonra Naxçıvanda bəzi müsbət yeniliklər qeydə alınıb. Mənbə deyir ki, artıq minik avtomobili olan hər kəs taksiçiliklə məşğul ola bilər. Bundan başqa, əgər indiyədək muxtar bölgəyə köhnə maşınların gətirilməsinə qadağa vardısa, indi bu məhdudiyyətlər aradan qalxıb. 

Həmçinin, Bakıdan gələn məhsullar üçün tətbiq edilən əcaib rüsumlar da yığışdırılıb.

Bununla belə, Türkiyə və İranla gömrük-keçid məntəqələrində bəzi məhduddiyyətlər qoyulub. 

Mənbə deyir ki, neçə illdən sonra bu həftə ilk dəfə Naxçıvan televiziyasında sosial mövzuda tənqidi material yayımlanıb.

Süjet bölgədə internetin zəif olmasında bəhs edib.

# 9843
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar