Türk Dövlətləri Təşkilatının Ankara görüşü: Dostluq, birlik, həmrəylik...
17 mart 2023 12:37 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının Ankara görüşü: Dostluq, birlik, həmrəylik...

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutması Türk dünyasının bir-birinə olan dayağının əsl nümunəsi oldu.

Görüşdə iştirak edən ölkə başçıları zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəylik ifadə ediblər. 

Deputat Müşfiq Cəfərov bildirib ki, hazırda bütün Türk dünyası qardaş ölkə üçün səfərbər olub, Türkiyəni düşdüyü bu vəziyyətdən çıxara bilər:

"Bu dostluq görüşü ümumilikdə bütün Türk dünyasının güclənməsinə böyük dəstək və təkanverici qüvvədir. Hazırda türk ölkələri sürətlə inkişaf edir, bu dövlətlər güclərini birləşdirsə, böyük güc və aparıcı rola malik olacaqlar. Azərbaycan hərtərəfli inkişaf edən, gündən-günə iqtisadi cəhətdən daha da güclənən, nəhəng Türk dünyasının mərkəzində geostrateji bir məkandır. Bütün bu güc və yüksəlişimiz ilk növbədə Türk dünyasının tərəqqisinə xidmət edir. Prezidentin bu sahədəki siyasəti daima türk dövlətlərinin əlaqələrinin inkişafına, əlaqələrin davamlılığı və möhkəmliyinə xidmət edib. Türk Dövlətləri Təşkilatı zəlzələ bölgəsində quruculuq və bərpa işlərinin gedişinə öz töhfəsini verəcək. Azərbaycan hər zaman bütün Türk dünyasının birləşməsi, bir olması üçün çalışıb. Düşünürəm ki, bu gün böyük bir ailənin şaxələnən qolları olan ümumdünya türkləri vahid bir nöqtədə birləşərək möhtəşəm qələbələr əldə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvəsinin Türkiyədə keçirilməsinə dair təklifinə görə şəxsim və millətim adına təşəkkür edirəm.

Ankarada keçirilən zirvə görüşü Türkiyədə baş vermiş zəlzələdən sonra həm də təşkilata üzv ölkələrin daxilində baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmələri  və Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin gələn ilki Zirvə görüşündə imzalanması olacaq. Bu istiqamətdə işlərin koordinasiyalı şəkildə görülməsi, gələcəkdə Türk Dövlətlərində baş verə biləcək təbii fəlakətlərin idarə olunması və aradan qaldırılmasında əsas rol oynayacaq".

# 1731
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar