Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı qadının FOTOSU  - YENİLƏNİB
08 fevral 2023 18:07 (UTC +04:00)

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı qadının FOTOSU - YENİLƏNİB

Türkiyədə həlak olan azərbaycanlı qadının fotosu yayılıb. 

Lent.az Nailə Bünyatovanın fotosunu təqdim edir: 

***

saat 14:55

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarına yardım göstərilməkdədir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, Türkiyədəki Səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.

Bu barədə Lent.az-a XİN-dən məlumat verilib.

"Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.

7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınmışdır. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!", - nazirlikdən qeyd olunub.

 

***

7 fevral

18:47

“Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlardan birinin Azərbaycan vətəndaşı olması ilə bağlı təsdiqlənmiş məlumat var”.

Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var:

“Bələdiyyə onu xilasedicilərdən təhvil alıb. Onun cənazəsi hazırda Kahramanmaraşda saxlanılmaqdadır. Onun valideynləri, Bakıda və ya buradakı qohumlarından dəfn yerini öyrənmək istəyirik. Əgər onun dəfninin Azərbaycanda olması istənilərsə, dövlətimiz ona yardım göstərəcək və onun nəşini Azərbaycana göndərəcəyik”.

# 10131
avatar

Oxşar yazılar