YAP-ın VIII Qurultayının  keçiriləcəyi tarix açıqlandı
24 sentyabr 2026 10:30 (UTC +04:00)

YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix açıqlandı

0

Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Artıq bununla bağlı qurultay iştirakçıları bu gün məlumatlandırılıb.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar