Əməkdar müəllim Aliyə Təhmasib fəxri təqaüdə çıxdı
Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təhsil Nazirliyində keçirilən mərasimdə ölkənin tanınmış pedaqoqları da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, təhsil naziri Misir Mərdanov çıxışında uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın Əməkdar müəllimi Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını söyləyib. Bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində də xüsusi tədbir keçirildiyini xatırladan nazir Aliyə Təhmasibin bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu bildirib.
Daha sonra orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunmasına başlanılıb. Nazir əvvəlcə ölkə başçısının 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş ADPU rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun, ardınca “Şöhrət” ordenlərinə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun, 289 saylı “Zəngi” liseyinin direktoru Bayram Heydərovun mükafatlarını təqdim edib.
Misir Mərdanov deyib ki, Prezidentin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi “Tərəqqi”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, 70 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Dörd BÜRCÜN karyeralarında elə sıçrayış olacaq ki...
6 may 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19