“200 bal özəl universitetlər üçün böyük hədiyyədir”
31 iyul 2009 14:30 (UTC +04:00)

“200 bal özəl universitetlər üçün böyük hədiyyədir”

Məleykə Abbaszadə: “Biz müsabiqəyə keçid balını aşağı salarkən ölkə rəhbərliyini də məlumatlandırmışıq”

“Biz abituriyentlərin zəif nəticələr göstərdiyini nəzərə alıb ali məktəblərə qəbulda müsabiqəyə keçid ballarını aşağı saldıq. Çünki bu il abituriyentlərin 50 faizə qədəri 139 baldan aşağı nəticə göstərib. Bu, reallıqdır və belə nəticə göstərən abituriyentləri ali məktəblərə göndərə bilmərik”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri bu gün keçirdiyi mətbuat konfransında Lent.az-ın əməkdaşının sualını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, 200 baldan yuxarı nəticə göstərmiş abituriyentləri ali məktəblərə qəbul etdirmək heç də qəbahət sayılmamalıdır: “Çünki elə ali məktəblərimiz var ki, onlar elə 200 ballıq abituriyentləri oxuda bilirlər. Əgər biz ora tutaq ki, 600 ballıq abituriyentləri göndərsək, müəllimlər onların qarşısında aciz qala bilərlər. Təəssüf ki, belə ali məktəblər də var. Bu, reallıqdır”.

TQDK sədri belə ali məktəblərdən danışarkən yalnız regiondakı təhsil müəssisələrini və özəl universitetləri nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, bu il ali məktəblərə qəbulda 200 bal minimal həddir: “Amma mən əminəm ki, 200 bal toplamış abituriyent Bakıdakı hansısa dövlət universitetinə qəbul olmayacaq. Onlar yalnız özəl universitetlərə qəbul oluna bilər. Çünki onlar elə 2004-cü ilədək daxili testlə hətta 50 bal toplayüanları da özlərinə tələbə götürürdülər. İndi 200 bal toplamış abituriyent onlar üçün böyük hədiyyədir”.

“Keçid ballarını aşağı salmaq vəziyyətdən yeganə çıxış yoludurmu?” sualının cavabında Məleykə Abbaszadə bunları deyib: “Başqa vasitələr var, amma biz bu yolu ona görə seçdik ki, universitetlər tələbəsiz qalmasın. TQDK ali məktəblərə qəbulda keçid ballarını müəyyən etməkdə sərbəstdir, bu səlahiyyət komissiyaya prezidentin sərəncamı ilə verilib. Ancaq biz müsabiqəyə keçid balını aşağı salarkən ölkə rəhbərliyini də məlumatlandırmışıq”.

Elxan SALAHOV
# 1335

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14