20-dən çox mağazada saxta qida aşkarlanıb – SİYAHI
03 avqust 2009 15:30 (UTC +04:00)

20-dən çox mağazada saxta qida aşkarlanıb – SİYAHI

həmin məhsullar arasında “ Malyutka”, “Nutricia” “Kaşa” və “Nestle” uşaq yeməkləri də var

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakının Nəsimi rayonunda yerləşən “ROR market”də, “Şahbaz market”də, “Gold market”də, “Rəhimli market”də, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən “Bilgəh market”də çoxlu sayda keyfiyyətsiz ərzaq məhsulları aşkarlayıb. Xidmətin həyata keçirdiyi növbəti monitorinqlərdə keyfiyyətsiz və istifadəyə yarasız məhsulların çeşidləri də müxtəlifdir.

Nazirliyin mətbuat xidməti digər belə məhsulları satan digər ticarət şəbəkələrinin də adını açıqlayıb. Bunlar Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində “3 mərtəbə market”, “Xəzər market”, “Deluxe market” və “Şüvəlan market”, Buzovna qəsəbəsində yerləşən “Ceyhun market”, “Buzovna market”, “Kamil market” və “Laləndə” kiçik müəssisəsinə məxsus “Zaqulba market”, Mərdəkan qəsəbəsində “Elita market”, Gəncə şəhərində Elmir Babakişiyevə və Şakil Məmmədbağırova məxsus ərzaq malları mağazaları, Sumqayıtda “Asiman” mağazası, Saatlı rayonunun Şirinbəy kəndində Nəbi Osmanova məxsus topdansatış mağazası, Daşkəsəndə İlqar Həsənova məxsus ərzaq malları mağazası, Qusar şəhərində “Lider” mağazasıdır. Həmin ticarət obyektlərindən ümumi çəkisi 620 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, həmçinin “ Malyutka”, “Nutricia” “Kaşa” və “Nestle” uşaq yeməkləri aşkar edilib.

Bundan başqa, monitorinqlər zamanı Xətai rayonunda yerləşən Eldar Əmrahova məxsus sement satışı obyektində 36,6 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Əzizbəyov rayonunun Buzovna qəsəbəsində yerləşən “Okean market”də və Cəlilabad şəhərində “Rəmzi market”də aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib.

Yoxlama zamanı qanun pozuntusuna yol vermiş 1 hüquqi və 21 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Nazirlikdə bildirirlər ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.

Xatırladaq ki, mayın 17-dən bu yana həyata keçirilən nəzarət-yoxlama tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş 39 hüquqi şəxsə 152,5 min manat, 236 fiziki şəxsə 354,5 min manat cərimə təyin edilib.

Elxan SALAHOV
# 849

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14