Magistraturaya əlavə qəbul başa çatdı
Budəfəki müsabiqədə 514 bakalavr uğur qazana bilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələrini açıqlayıb. İyulun 28-dən 30-dək aparılmış müsabiqənin yekun nəticələrinə əsasən, 356 ixtisas üzrə 514 bakalavr magistratura pilləsində təhsil almaq hüququ əldə edib.
Komissiyadan Lent.az-a bildiriblər ki, boş yerlərə qəbul edilmiş bakalavrların 414 nəfəri Azərbaycan, 100 nəfəri isə rus bölməsinin məzunlarıdır. Artıq onların siyahısı "Magistr" jurnalının 7-ci sayında dərc edilib və həmin bakalavrlar qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, mayın 3-də və iyunun 21-də magistratura pilləsinə iki mərhələdə keçirilən imtahandan sonra plan yerlərinin bir qismi dolmamışdı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vakant yerlər üzrə keçirdiyi müsabiqədən sonra həmin yerlərin tutulması üçün 709 bakalavr növbəti dəfə bəxtini sınayıb. Ancaq göründüyü kimi, onlardan 514-ü öz istəyinə çata bilib.
Elxan SALAHOV

Oxşar yazılar

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40
Sabahdan güclü külək əsəcək
10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ
10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi
10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
10 may 2025 , 12:23
Dünyanın öpüşmə xəritəsi: Bu ölkələrdə öpüşmürlər
10 may 2025 , 10:40