Dindarlar prezidentə müraciət etdi
QMİ-nin XII qurultayı başa çatdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu gün keçirilən XII qurultayı başa çatıb. Qurultayda 250 nümayəndədən 238-i iştirak edib.
Lent.az-ın məlumatına görə, qurultayda Qazılar Şurasının fəaliyyəti haqqında hesabat, o cümlədən Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra QMİ-nin nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər müzakirə olunub. Çıxışçı dindarların rəy və təklifləri dinlənildikdən sonra nizamnaməyə dəyişikliklər səsə qoyularaq, qəbul edilib.
Qurultayın sonunda dindarların dövlət başçısı İlham Əliyevə müraciəti oxunub. QMİ-nin sədr müavini Hacı Sabir Həsənli müraciəti qurultay iştirakçılarına oxuduqdan sonra sənəd yekdilliklə qəbul olunub.
Xatırladaq ki, QMİ-nin bundan əvvəlki – XI qurultayı 2004-cü ildə keçirilmişdi.
Elxan SALAHOV

Oxşar yazılar

Ayın sonuna qədər daha çox pul qazanacaq BÜRCLƏR
20 iyun 2025 , 00:02
Gündə 20 saat yatan xalqın maraqlı HƏYATI
19 iyun 2025 , 19:59
İyunda gözlənilməz qələbələr: Hansı BÜRCLƏR şanslı olacaq
19 iyun 2025 , 18:37
Günəş yanığı zamanı nə etməli: Altı təsirli məsləhət
19 iyun 2025 , 18:22
Bakının bu rayonuna prokuror təyin edildi
19 iyun 2025 , 17:17Meteohəssas insanlar üçün sabahın PROQNOZU
19 iyun 2025 , 16:24
Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR
19 iyun 2025 , 12:46