Azyaşlı nəvəsinin öldüyünü deyirdi, yalanı üzə çıxdı
18 iyun 2022 14:14 (UTC +04:00)

Azyaşlı nəvəsinin öldüyünü deyirdi, yalanı üzə çıxdı

11 yaşlı nəvəsinin öldüyünü deyən nənə İFŞA OLUNDU -FOTO

Sosial şəbəkələrdə Bərdədə yaşayan qadının azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia etməsi barədə məlumat yayılıb.

Lent.az xəbər verir ki, adı açıqlanmayan qadının dedikləri ilə bağlı dərhal araşdırmalar başlanıb və maraqlı faktlar üzə çıxıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı öz "Facebook" hesabında məlumat paylaşaraq bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır və valideynlərinin yanındadır:

“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və  həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.

 

# 4098
avatar

Nigar Namiq

Oxşar yazılar