138 avtobus və yüzlərlə sərnişin yollarda qalıb - SİYAHI
13 iyul 2022 09:18 (UTC +04:00)

138 avtobus və yüzlərlə sərnişin yollarda qalıb - SİYAHI

Bakının əksər küçə və prospektlərində tıxac müşahidə olunur.

Lent.az xəbər verir ki, Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində tıxaclar səbəbindən 44 müntəzəm marşrut xətti üzrə 138 avtobusun hərəkət intervalında gecikmələr var:

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13,  38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə müşahidə olunur. 

2. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46 və 49, nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə var. 

3. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə müşahidə olunur. 

4. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61,  67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir. 

5. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165,  194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 4-6 dəqiqə gecikmə müşahidə olunur

6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda  20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-18 dəqiqə gecikmə müşahidə olunur

7. Binəqədi şossesi–hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur. 

8.  Zabrat şossesi-Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur. 

9.  Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda  10-16 dəqiqə gecikmə müşahidə olunur.

10.  Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqəyə gecikmə müşahidə olunur.

# 1956
avatar

Oxşar yazılar