5 ay ərzində 75 üçəm DOĞULUB
18 iyul 2022 12:19 (UTC +04:00)

5 ay ərzində 75 üçəm DOĞULUB

Yanvar-may ayı ərzində doğulan körpələrin sayı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50239 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. 

Körpələr arasında əkiz doğulanların sayı 1418, üçəm doğulanların sayı isə 75 olub.

# 1674
avatar

Aytəkin Cəlali

Oxşar yazılar